![Ukrayna bu adanın bir hissəsini ələ keçirdi Ukrayna bu adanın bir hissəsini ələ keçirdi](https://azertimes.az/wp-content/uploads/ukrayna-bu-adanin-bir-hissesini-ele-kecirdi-300x193.jpg)
![](https://azertimes.az/wp-content/uploads/ukrayna-bu-adanin-bir-hissesini-ele-kecirdi.jpg)
Ukrayna ordusu sentyabrın 19-da Verbovoe rayonunda irəliləyib və bir neçə kiçik kəşfiyyat qrupu Dnepr çayının sol sahilindəki Antonov körpüsü ərazisinə və Kazak adasına çıxıb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu rusiyalı hərbçilərə istinadla məlumat yayıb.
Bildirilib ki, Ukraynanın bir neçə kiçik kəşfiyyat-diversiya qrupu Dnepr çayının sol sahilinə – Podstepnoydan şimala və Kazak adasına çıxa bilib. Hazırda Ukrayna qüvvələri adanın şimal hissəsinə nəzarət edirlər.