Ukrayna bu adanın bir hissəsini ələ keçirdi

Ukrayna bu adanın bir hissəsini ələ keçirdi

Ukrayna ordusu sentyabrın 19-da Verbovoe rayonunda irəliləyib və bir neçə kiçik kəşfiyyat qrupu Dnepr çayının sol sahilindəki Antonov körpüsü ərazisinə və Kazak adasına çıxıb.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu rusiyalı hərbçilərə istinadla məlumat yayıb.

Bildirilib ki, Ukraynanın bir neçə kiçik kəşfiyyat-diversiya qrupu Dnepr çayının sol sahilinə – Podstepnoydan şimala və Kazak adasına çıxa bilib. Hazırda Ukrayna qüvvələri adanın şimal hissəsinə nəzarət edirlər.

Teqlər: