Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi
təşəbbüsü ilə çıxış edib.
AzerTimes-ın məlumatına görə, bunu ölkənin xarici işlər naziri
Dmitri Kuleba özünün “Twitter” səhifəsində yazıb.
Qeyd edək ki, Ukrayna bu qərarı qondarma “DXR” və “LXR”nin
Rusiyaya hərbi yardım istəyi ilə müraciət etdikdən sonra verib.