Ukrayna bizi vuracaq – Lukaşenko yenə “oynayır”?

Ukrayna bizi vuracaq – Lukaşenko yenə “oynayır”?

Qeyri-rəsmi kanallar vasitəsilə mənə Belarus ərazisinin Ukraynadan vurulacağı ilə bağlı xəbərdarlıq edildi.

AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko güc strukturları ilə keçirdiyi müşavirədə deyib.

“Biz müəyyən etməliyik ki, dövlətimizin təhlükəsizliyini gücləndirmək üçün daha nələr etmək lazımdır. Sürətlə dəyişən situasiyanı nəzərə alsaq, Kiyevin Belarusa qarşı cəbhə açması hərbi baxımdan ağılsızlıqdır, lakin proses başlayıb”, – Lukaşenko bildirib.

Qeyd edək ki, qərbli analitiklər Lukaşenkonun bu cür açıqlamalarını qəsd hesab edirlər. Onların fikrincə, Belarus lideri bununla Ukrayna ordusunu iki yerə bölür və Ukraynanı Belarusla sərhədə daha çox qüvvə yığmağa məcbur edir.

Teqlər: