Ukrayna beynəlxalq təşkilatlara müraciət etdi

Ukrayna beynəlxalq təşkilatlara müraciət etdi

Ukrayna Donetsk vilayətinin işğal olunmuş Yelenovka bölgəsində ukraynalı məhbuslara qarşı törədilən terror aktı ilə bağlı beynəlxalq araşdırma aparılmasını tələb edir.

AzerTimes xəbər verir ki, bu barədə Hərbi əsirlərlə davranış üzrə əlaqələndirici qərargah bəyanat yayıb.

“Beynəlxalq Qızıl Xaç Komitəsi və Birləşmiş Millətlər Təşkilatı dərhal cinayətlə bağlı beynəlxalq araşdırmaya başlamalı və bu hadisədə iştirak edənlərin hamısının cəzalandırılmasını tələb etməlidir. Biz ukraynalı hərbi əsirlərin saxlanma şəraitinin yoxlanılması üçün beynəlxalq təftişin aparılmasının zəruriliyini vurğulayırıq”, – bəyanatda qeyd olunub.

Teqlər: