Cüdo komandamız qızıl medal qazandı

Cüdo komandamız qızıl medal qazandı

Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında qarışıq komanda yarışında Azərbaycan komandası uğurla çıxış edib.

AzerTimes xəbər verir ki, Azərbaycan yığma komandası yarımfinalda Fransa millisini 4:3 hesabı ilə məğlub edərək finala yüksəlib. Millimiz həlledici mərhələdə Ukrayna millisinə 4:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

Qeyd edək ki, komandamız fərdi yarışlarda 1 qızıl, 4 gümüş və 2 bürünc medal əldə edib. İdmançılarımız EYOF 2022-də ümumilikdə cüdo üzrə 2 qızıl, 4 gümüş və 2 bürünc medala sahib olublar.

Teqlər: