Ukrayna “Baykar”la 3 yeni müqavilə imzaladı

Ukrayna “Baykar”la 3 yeni müqavilə imzaladı

Ukrayna Türkiyənin PUA istehsal edən “Baykar” şirkəti ilə 3 müqavilə imzalayıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın strateji sənayelər naziri Aleksandr Kamışin məlumat verib.

“Bu müqavilələr ölkəmizə ixrac gəlirləri və yeni nəsil silahlar verəcək”, – nazir bildirib.

Kamışin müqavilələrin mətnini açıqlamayıb.

Qeyd edək ki, müqavilə İstanbulda keçirilən “Texnofest 2023” sərgisi çərçivəsində imzalanıb.

Teqlər: