Ukrayna Baxmutu elit bölmələri ilə möhkəmləndirir

Ukrayna Baxmutu elit bölmələri ilə möhkəmləndirir

Ukraynanın Baxmut şəhərinin müdafiəsi təzyiq altındadır. Hazırda şəhərin daxilində və ətrafında şiddətli döyüşlər gedir.

AzerTimes xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiya ordusu və Vaqner qüvvələri şəhərin şimal kənarlarına doğru irəliləyirlər. Ukraynanın nəzarətində olan ərazi hazırda üç tərəfdən Rusiyanın hücumlarına qarşı həssasdır.

Britaniya kəşfiyyatının yazdığına əsasən, Ukrayna ərazini elit bölmələri ilə möhkəmləndirir.

Teqlər: