Ukrayna Baxmutdan geri çəkiləcək… – Rodnyanski

Ukrayna Baxmutdan geri çəkiləcək… – Rodnyanski

Ukrayna lazım gələrsə, Baxmutdan strateji olaraq geri çəkiləcək, çünki Kiyev hərbi qulluqçuları boş yerə qurban vermək istəmir.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin müşaviri Aleksandr Rodnyanski deyib.

“Rusiya hazırda Baxmutu mühasirəyə almağa çalışır və bunun üçün yaxşı təlim keçmiş və təcrübəli “Vaqner”dən istifadə edirlər. Ordumuz bütün variantları nəzərdən keçirəcək. Hələlik şəhəri əldə saxlayırlar, amma lazım gəlsə, strateji olaraq geri çəkiləcəklər, çünki biz bütün insanlarımızı belə qurban vermək fikrində deyilik”, – Rodnyanski bildirib.

Teqlər: