Ukrayna Baxmutda niyə artilleriyadan tam yararlanmır?

Ukrayna Baxmutda niyə artilleriyadan tam yararlanmır?

Ukrayna Silahlı Qüvvələrinin artilleriyaçıları Baxmutda tam gücü ilə işləyə bilmirlər.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın “Azadlıq Gücü” batalyonunun komandiri Mixail Krıjanovski deyib.

“Biz düşmənin ön xəttində artilleriya atəşi apara bilmərik. Çünki bəzi yerlərdə səngərlərarası məsafə 20-30 metrə çatır. Bu, şəxsi heyətimizə zərər verə bilər, ona görə də artilleriyamız hazırda istədiyi kimi işləyə bilmir. Amma düşmən daim artilleriyadan istifadə edir və şəxsi heyətini məhv edir”, – komandir bildirib.

Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Ehtiyatçılar Şurasının sədri İvan Timoçko əlavə edib ki, Baxmutda vəziyyət nəzarət altındadır:

“Ümumilikdə, düşmən Baxmutda dəmir yolunu keçə bilməyib, düşmən Kramatorska gedən yolu atəşə tutmağa çalışır, lakin bu gün əsas istiqamətlər mövcuddur və düşmən onları nəzarətə götürə bilmir”.

Teqlər: