Ukrayna Baxmut istiqamətində fəal müdafiəyə keçdi

Ukrayna Baxmut istiqamətində fəal müdafiəyə keçdi

Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində fəal müdafiəyə keçib.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Quru Qoşunlarının spikeri Vladimir Fityo deyib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri hava şəraiti imkan verdiyi halda aviasiyadan istifadə edir, lakin artilleriya atəşi davamlı olaraq həyata keçirilir:

“Hərbçilərimiz fəal müdafiədədir və lazım gəldikdə hücum əməliyyatlarına keçir”.

Qeyd edək ki, bu gün Rusiya MN Baxmut şəhəri yaxınlığındakı bir yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb.

Teqlər: