Makron atəşkəs üçün Qətərə gedir

Makron atəşkəs üçün Qətərə gedir

Fransa Qəzzada zorakılığın yenidən başlamasından çox narahatdır.

AzerTimes xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.

O qeyd edib ki, atəşkəs və sülh danışıqlarına yardım etmək üçün Qətərə gedəcək.

Makron həmçinin Dubayda keçirilən COP28 iqlim sammiti çərçivəsindəki mətbuat konfransında bildirib ki, gedişat davamlı atəşkəs əldə etmək və bütün girovların azad edilməsi üçün səylərin ikiqat artırılmasını tələb edir.

Teqlər: