Ukrayna Baş Qərargah rəsmisi Kiyevdə atəş açdı

Ukrayna Baş Qərargah rəsmisi Kiyevdə atəş açdı

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmisi Kiyevin yaşayış massivlərindən birində atəş açaraq, uşağın həyatı və sağlamlığı üçün təhlükə yaradıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov məlumat verib.

“Mənim tapşırığımla hadisənin bütün hallarının aydınlaşdırılması üçün daxili araşdırma başlanıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanının müavini, general-leytenant Yevgeni Moysyukun rəhbərlik etdiyi müvafiq komissiya yaradılıb”, – Reznikov bildirib.

Araşdırma zamanı məmur vəzifəsindən kənarlaşdırılıb.

Hadisənin təfərrüatı ilə bağlı məlumat verilməyib.

Teqlər: