Kiyev Avropa Yayım Birliyinin Avroviziya-2023-ün Ukraynada keçirilməyəcəyinə dair açıqlamasına reaksiya verib.
AzerTimes əbər verir ki, bu barədə Ukraynanın mədəniyyət naziri Oleksandr Tkaçenko danışıb. O bildirib ki, Ukrayna bütün öhdəlikləri yerinə yetirəcəyinə inandığı üçün bu qərarı dəyişdirmək istəyir:
“Ukraynanın Avroviziya-2023-ə ev sahibliyi etməsi üçün əlavə danışıqlar tələb edirik”.
Xatırladaq ki, may ayında keçirilən müsabiqədə Ukraynanı təmsil edən Kalush Orchestra qrupu “Stefania” mahnısı ilə birinci, İngiltərə isə ikinci olub.