Salmanın Türkiyə səfəri: 10 sahədə əməkdaşlıq…

Salmanın Türkiyə səfəri: 10 sahədə əməkdaşlıq…

Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman 22 iyunda Türkiyəyə səfər edəcək.

AzerTimes xəbər verir ki, vəliəhdi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada qəbul edəcək.

Görüşdə qarşılıqlı siyasi və iqtisadi əlaqələrin gücləndirilməsi məsələləri bir daha müzakirə mövzusu olacaq.

Məhəmməd bin Salmanın rəsmi səfəri çərçivəsində həm ikitərəfli, həm də nümayəndə heyətləri arasında görüşlər keçiriləcək.

Həmçinin səhiyyə, enerji, qida təhlükəsizliyi, kənd təsərrüfatı texnologiyaları, müdafiə sənayesi, maliyyə, ticarət, turizm, logistika və daşınmaz əmlak kimi sahələrdə əməkdaşlığın gücləndirilməsi haqqında fikir mübadiləsi aparılacaq.

Teqlər: