Ukrayna aviasiyası rus ordusuna ağır zərbə vurdu

Ukrayna aviasiyası rus ordusuna ağır zərbə vurdu

Son sutka ərzində Ukrayna aviasiyası rus ordusunun mövqelərinə 20-dən çox zərbə endirib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

“Müdafiə Qüvvələrinin aviasiyası son 24 saat ərzində işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 21, zenit-raket komplekslərinin mövqelərinə isə üç zərbə endirib.

Atıcılarımız və raketlərimiz düşmənin iki komanda məntəqəsini, iki canlı qüvvənin cəmləşdiyi ərazini, bir sursat anbarını və bir yanacaq-sürtkü materialı anbarını vurub”, – məlumatda deyilib.

Teqlər: