Ukrayna ATƏT-in monitorinq missiyasını gücləndirmək xahişi ilə
Almaniya və Fransaya müraciət edib.
AzerTimes-ın məlumatına görə, bunu Donbassdakı vəziyyətə dair
brifinq zamanı Ukraynanın baş nazirinin müavini İrina Vereşuk
bildirib.
İ.Vereşuk qeyd edib ki, Ukrayna tərəfi üçtərəfli təmas qrupunun
görüşünün sabah baş tutacağına ümid edir.
“Davamlı atəşkəsin davam etməsi, sükut rejiminin bərpa olunması,
mülki əhalinin əziyyət çəkməməsi üçün işləməyə, dialoqa, hər şeyi
etməyə hazırıq”, – deyə baş nazirin müavini bildirib.
Onun sözlərinə görə, Ukrayna Almaniya və Fransadan əlavə
müşahidəçilərin cəlb edilməsi ilə ATƏT-in monitorinq missiyasını
gücləndirməyi xahiş edib.