Ukrayna Prezident Volodimir Zelenski ilə Rusiya Federasiyasının
Prezidenti Vladimir Putin arasında görüşün təşkilində kömək üçün
Almaniya kansleri Olaf Şoltsa müraciət edib.
AzerTimes UNİAN-a
istinadən xəbər verir ki, bu barədə Almaniyanın ARD telekanalının “Tagesschau” proqramının efirində Ukrayna prezidentinin aparat
rəhbərinin müavini İqor Jovkva bildirib.
Jovkvanın fikrincə, beynəlxalq tərəfdaşlar bu görüşün təşkilinə
kömək etməlidirlər, görüş zamanı bir çox aspektlər müzakirə oluna
bilər.