Putin və Şolts Ukraynadakı vəziyyəti müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Olaf Şolts
telefon danışığında Ukraynadakı vəziyyət kontekstində siyasi və
diplomatik səylər variantlarını müzakirə ediblər.

AzerTimes xəbər verir
ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Rusiya nümayəndə heyəti ilə Kiyev nümayəndələri
arasında danışıqların üçüncü raundunun nəticələrini müzakirə
ediblər.

Ukraynadakı vəziyyətin humanitar aspektlərinə xüsusi diqqət
yetirilib.