Ukrayna Almaniyadan bu qanadları raketləri istədi – KİV

Ukrayna Almaniyadan bu qanadları raketləri istədi – KİV

Ukrayna rəsmi olaraq Almaniyadan uzaqmənzilli “Taurus” qanadlı raketlərini istəyib.

AzerTimes xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.

“Mayın əvvəlində Prezident Vladimir Zelenski Berlinə səfəri zamanı artıq raketlərin ötürülməsi barədə kansler Olaf Şoltsla danışmışdı.

Kanslerin sözçüsü bu haqda şərh vermək istəmir, lakin Federal Müdafiə Nazirliyi Ukraynanın “Taurus” üçün müraciət etdiyini təsdiqləyir”, – məlumatda deyilir.

Qeyd edək ki, “Taurus” pilotsuz döyüş silahıdır, qırıcıdan buraxılır və 400 kiloqramlıq döyüş başlığını 500 kilometrdən çox mənzilə çatdıra bilir.

Teqlər: