Ukrayna Ali Radası beş naziri istefaya göndərib

Xəbər - Orxan Nəbiyev – Trend:

Ukrayna Ali Radası beş naziri istefaya göndərib.

Trend-in məlumatına görə, Baş nazirin birinci müavini, iqtisadiyyat naziri Aleksey Lyubçenkonun istefası qəbul olunub.

Bundan başqa, nəzarətdə olmayan ərazilər üzrə nazir Aleksey Reznikov, müdafiə naziri Andrey Taran, strateji sənaye sahələri məsələləri üzrə nazir Oleq Uruski və ətraf mühit və təbii ehtiyatlar naziri Roman Abramovski istefa verib.


Eyni zamanda, Ukrayna prezidenti Vladimir Zelenski A.Reznikovun müdafiə naziri təyin olunmasını parlamentə təklif edib.