Ukrayna Aİ-yə üzvlüklə bağlı sorğunun ikinci hissəsini təhvil verib

Ukrayna bu gün Avropa İttifaqına üzvlüyünə namizəd statusu almaq
üçün tələb olunan sorğu ərizəsinin doldurulan ikinci hissəsini
təhvil verib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Ukraynanın Avropa və Avro-Atlantik
inteqrasiyası üzrə baş nazirin müavini Olqa Stefanişina
bildirib.

Məlumata əsasən, bu sənəddə Ukrayna ölkə qanunvericiliyinin
Avropa qanunvericiliyinə uyğunluğunu qiymətləndirdi (acquis
communautaire).

İkinci hissənin cavabları təxminən 4 min səhifədən ibarətdir ki,
bu da Avropa İttifaqı ilə Assosiasiya Sazişinin 8 illik icrasından
sonra Ukrayna qanunvericiliyinin vəziyyətini əks etdirir.