Ukrayna ABŞ-a verdiyi vədi yerinə yetirəcək – Sallivan

Ukrayna ABŞ-a verdiyi vədi yerinə yetirəcək – Sallivan

Hesab edirik ki, Kiyev Ukrayna ərazisindən kənarda ATACMS taktiki ballistik raketlərdən istifadə etməyəcəyi ilə bağlı Vaşinqtona verdiyi vədi yerinə yetirəcək.

AzerTimes xəbər verir ki, bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

“Uzun müddətdir ki, Ukrayna hökumətinin digər sistemlərdən, o cümlədən HIMARS-dan Ukrayna ərazisində istifadəsi ilə bağlı verdiyi vədlərin yerinə yetirilməsini yoxlayırıq. Onlar artıq təhvil verdiyimiz sistemlərlə bağlı dəfələrlə bu vədi yerinə yetiriblər, ona görə də əminik ki, bu vədlərə sadiq qalacaqlar”, – deyə Sallivan bildirib.

Teqlər: