Danışıqlar nəticəsində 94-ə yaxın rusiyalı hərbçi Ukrayna əsirliyindən geri qaytarılıb. Onlar müalicə və reabilitasiya üçün tibb müəssisələrinə çatdırılacaq.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“İyunun 11-də danışıqlar prosesi nəticəsində əsirlikdə ölüm təhlükəsi ilə üzləşmiş 94 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb”, – məlumatda deyilir.
Eyni zamanda Rusiya əsirliyində olan Ukrayna Silahlı Qüvvələrinin 95 döyüşçüsü də qarşı tərəfə qaytarılıb.