Ukrayna 2 mindən çox insanı əsirlikdən xilas etdi

Ukrayna 2 mindən çox insanı əsirlikdən xilas etdi

Genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna 2000-dən çox insanı Rusiya əsirliyindən azad edib. Onların 140-ı mülki şəxslərdir.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Estoniyanın Baş naziri Kaya Kallas ilə keçirdiyi birgə brifinqdə açıqlayıb.

“Bu müddət ərzində biz 2238 nəfəri əsirlikdən azad etmişik. Mərkəz (məhbusların axtarışı və azad edilməsi üzrə – red.) 24 saat işləyir. Bu 2238 nəfərdən 140 nəfəri mülki şəxslərdir. Biz həm hərbçilərin, həm də mülki şəxslərin azad edilməsi üzərində işləyirik”, – dövlət başçısı vurğulayıb.

Teqlər: