Ukrayna 17 nəfəri əsirlikdən azad etdi

Ukrayna 17 nəfəri əsirlikdən azad etdi

Bu gün Ukrayna ilə Rusiya arasında növbəti əsir dəyişmə proseduru baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiya əsirliyindən ikisi zabit olmaqla 16 hərbçi, bir nəfər isə mülki vətəndaş xilas edilib.

“Qaytarılan əsirlərdən 5-i ağır yaralıdır, təcili müalicəyə ehtiyacları var”, – məlumatda qeyd olunub.

Teqlər: