2022-ci ilin 10 ayı ərzində Ukrayna Qərb tərəfdaşlarından 31 milyard dollardan çox vəsait qəbul edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.
“Bu ilin 10 ayı ərzində Ukrayna tərəfdaşlarından 31 milyard dollardan çox vəsait cəlb edib”, – o qeyd edib.
Baş nazirin sözlərinə görə, hərbi istiqrazların satışı hesabına Ukrayna büdcəsinə daha 200 milyard qrivna (təxminən 5,4 milyard dollar) daxil olub.