Ronaldo yeni klubu ilə müqavilə imzaladı

Ronaldo yeni klubu ilə müqavilə imzaladı

“Qızıl top”un beşqat sahibi Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl Nəsr” futbol klubu ilə müqavilə imzalayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, futbolçu ilə bağlanan müqavilə iki illikdir.

Qeyd edək ki, daha öncə İspaniyanın “Marca” qəzeti yazmışdı ki, müqavilənin ümumi məbləği təxminən 100 milyon avro qiymətləndirilir. Nəşrin yazdığına görə, Ronaldo daha 100 milyon avronu reklam müqavilələrindən alacaq ki, bu da onu dünyanın ən çox maaş alan idmançısı edəcək.

Teqlər: