Bolqarıstanın Karnobat şəhərində iş adamı Emilian Qebryevə məxsus sursat anbarında yanğın baş verib.
AzerTimes xəbər verir ki, bu barədə BNR radiostansiyası məlumat yayıb.
Radiostansiya yanğından əvvəl kiçik bir partlayışın olduğunu bildirsə də, polis bu faktı təkzib edib.
Hadisə zamanı xəsarət alan olmayıb. Qebryevin dediyinə görə, anbarda köhnəlmiş döyüş sursatları olub.
Qeyd edək ki, Emilian Qebreyev 2014-cü ildə Donbas münaqişəsi zamanı Ukraynaya sursat göpndərdiyini etiraf etmişdi.