Uğursuz missiya: “Roskosmos” təmizləmələrə başlayır

Uğursuz missiya: “Roskosmos” təmizləmələrə başlayır

Ay missiyasındakı uğursuzluqdan sonra “Roskosmos” top-menecerlər səviyyəsində ciddi təmizləmələrə hazırlaşır.

AzerTimes xəbər verir ki, bu barədə “İzvestiya” qurumdakı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, “Roskosmos”un bütün texniki hissəsinə nəzarət edən və “Luna-25”in buraxılması üzrə dövlət komissiyasının rəhbəri kimi hazırlıq haqqında yekun protokolu imzalayan baş direktor müavini Aleksandr İvanov istefaya göndərilə bilər.

“Lakin 2013-2018-ci illərdə “Roskosmos”da işləyən İvanov cəmi bir il əvvəl bu korporasiyaya qayıdıb və baş verənlərə görə onu günahlandırmaq çətindir”, – mənbə bildirib.

İşdən çıxarılmağa digər namizəd isə “Roskosmos”un kosmik komplekslər və sistemlər üzrə baş direktor müavini Mixail Xaylovdur. Məlumata görə, çox güman ki, Xaylov işdən çıxarılacaq, İvanova isə töhmət veriləcək.

“Ay missiyasının uğursuzluğuna görə, buraxılışdan məsul olan alim və proqramçılar da cavab verəcəklər. “Luna-25”in yaradılması layihəsinin əsas icraçısı Lavoçkin adına elm-istehsalat birliyinin mütəxəssisləri, habelə ekspedisiyanın elmi proqramını hazırlamış Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun əməkdaşları da məsuliyyət daşıyacaqlar”, – məlumatda qeyd olunub.

“Rand” araşdırma mərkəzinin mütəxəssisi Bryus Makklintok hesab edir ki, kosmik proqramın iflasına səbəb korrupsiya, pis idarəetmə və sanksiyalar səbəb olub.

Teqlər: