UFC prezidenti koronavirusa yoluxub

Xəbər - Orxan Nəbiyev – Trend:

Qarışıq döyüş növləri üzrə turnirlərin təşkilatçısı UFC-nin prezidenti Deyna Uayt koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə D.Uayt özü bildirib.

O bildirib ki, ailə üzvləri ilə birgə bayram tədbirində olarkən virusa yoluxub.


Hazırda o, iybilmə hissəni itirdiyini deyib. D.Uayt növbəti 10 gün ərzində özünütəcrid rejimində olacaq.

Teqlər: