UEFA Türkiyəyə 200 min avro ayırdı

UEFA Türkiyəyə 200 min avro ayırdı

UEFA Türkiyədə və Suriyadakı zəlzələ qurbanlarına maliyyə yardımı edib.

AzerTimes Report-a istinadən xəbər verir ki, bunun üçün ilkin mərhələdə 200 000 avro vəsait ayrılıb.

Məbləğin 150 000 avrosu Türkiyə Futbol Federasiyasının, qalan hissəsi isə Beynəlxalq İnteqrasiya Yardım Fondunun hesabına köçürülüb.

Qeyd edək ki, son məlumatlara əsasən, fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 19 388 nəfər ölüb, 77 711 nəfər isə yaralanıb.

Teqlər: