UEFA Sankt-Peterburqda Çempionlar Liqasının finalının ləğv edilməsinə görə Rusiya tərəfinə təzminat ödəyib.
AzerTimes xəbər verir ki, bu barədə FİFA Şurasının üzvü Aleksey Sorokin məlumat verib.
“UEFA tərəfindən kompensasiyalar bütün podratçılara ödənilib. Mövzu bağlandı. UEFA-nın indi borcu yoxdur. Heç bir çətinlik yox idi, sadəcə olaraq məbləğ uzun müddət müzakirə olundu. Bunlar normal, işlək müzakirələr idi. Onların Sankt-Peterburqdakı stadionun rəhbərliyi ilə münasibətləri barədə dəqiq söz deyə bilmərəm. Bizim nöqteyi-nəzərimizdən podratçıların bütün xərcləri kompensasiya edilib”, – Sorokin bildirib.