Gürcüstanda qar uçqunu: maşınların hərəkəti dayandırıldı

Gürcüstanda qar uçqunu: maşınların hərəkəti dayandırıldı

Gürcüstanın qərb bölgəsində yağan güclü qar ciddi problemlərə səbəb olub. Qar uçqunu, sürüşmə və yolların buz bağlaması səbəbindən bəzi magistral yollarda avtomobillərin hərəkəti dayandırılıb.

AzerTimes xəbər verir ki, Gürcüstan Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti yollarda yaranmış problemlər və təhlükə barədə sürücülərə müraciət edib.

Bildirilir ki, qar və uçqun təhlükəsi ilə əlaqədar beynəlxalq əhəmiyyətli Kutaisi -Tsxaltubo-Tsageri-Lentexi-Lasdili, eləcə də Zuqduqi-Cvara-Mestiya-Lasdili avtomobil yolunda bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Bəzi yollarda isə məhdudiyyətlər gecə saatlarında tətbiq olunacaq.

Teqlər: