UEFA “Qarabağ”la oyunda baş verən erməni təxribatına görə “Marsel”i cərimələyib

UEFA Fransanın “Marsel” futbol klubunu 44 250 dollar məbləğində
cərimələyib.

AzerTimes-ın
məlumatına görə, UEFA-nın qərarında deyilib ki, təxribat xarakterli
və siyasi şüarlara görə komanda 20 min dollar cərimələnəcək.

Bundan başqa, komanda tamaşaçıların hərəkətinin düzgün təşkil
edilməməsinə və azarkeşlərin fişənglərdən istifadəsinə görə əlavə
24 250 dollar cərimə ödəməli olacaq.

Qeyd edək ki, fevralın 17-də “Qarabağ” UEFA Konfrans Liqasının
pley-off mərhələsində ilk oyununda Ağdam klubu Fransa “Marsel”inin
qonağı olub. “Velodrom” stadionunda oynanılan qarşılaşma meydan
sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Stadiondakı bir qrup erməni azarkeş tərəfindən qarşılaşmanın
gedişində təxribat xarakterli banner açılıb.

Teqlər: