UEFA Konfrans Liqası: “Tottenhem” – “Renn” oyunu COVID-19-a yoluxma hallarına görə təxirə salınıb

İngiltərənin “Tottenhem” futbol klubu komandada aşkar edilən COVID-19-yoluxma hallarına görə Fransanın “Renn” komandası ilə oynamayacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə futbol klubunun saytında açıqlama verilib.

Məlumatda qeyd olunub: “UEFA Konfranslar Liqasının G qrupu çərçivəsində “Renn”lə ev oyunumuz klubda bir neçə COVID-19-a yoluxma halının müəyyən edilməsindən sonra dekabrın 9-da keçirilməyəcəyini təsdiqləyə bilərik”.

“Tottenhem” UEFA ilə danışıqların davam etdiyini və görüşün yeni tarixinin vaxtında açıqlanacağını bildirib.

Teqlər: