UEFA Çempionlar Liqasında mövsümün ilk finalçısı müəyyənləşib

İngiltərənin “Liverpul” futbol klubu UEFA Çempionlar Liqasının
finalına yüksəlib.

Trend xəbər
verir ki, “mersisaydlılar” ikinci yarımfinal görüşündə İspaniyanın “Vilyarreal” klubunu üstələyiblər.

Doğça divarlar arasında 2:0 hesabı ilə qalib gəlmiş Yurgen
Kloppun yetirmələri səfər oyununda əzmkar qələbəyə imza atıblar –
3:2.

Hesabı 3-cü dəqiqədə “Vilyarreal”ın hücumçusu Bulaye Dia açıb.
41-ci dəqiqədə Fransis Koklin fərqi artırıb.

Fasilədən sonra “Liverpul” dönüş etməyi bacarıb. Fabinyo 62-ci,
Luis Dias 67-ci, Sadio Mane isə 74-cü dəqiqələrdə fərqləniblər.

“Liverpul”un rəqibi İspaniyanın “Real Madrid” və İngiltərənin “Manşester Siti” komandaları arasında keçiriləcək digər cavab
yarımfinal görüşünün qalibi olacaq.

Teqlər: