Serbiya ölkəyə girişlə bağlı koronavirus məhdudiyyətlərini ləğv edib

Serbiyada ölkə vətəndaşları və xarici turistlər üçün ölkəyə
girişlə bağlı bütün anti-COVID məhdudiyyətləri ləğv edilib.

AzerTimes xəbər verir
ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Qərara əsasən, artıq ölkəyə daxil olan vətəndaşlarından, o
cümlədən xarici ölkə vətəndaşlarından, COVİD-19-la bağlı hər hansı
sənəd təqdim etmək lazım olmayacaq. Bunlar koronavirus testi,
xəstəliyə ypluxaraq sağalma haqqında arayış və ya peyvən olunma
haqqında şəhadətnamədir.

Qeyd olunub ki, məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı
qərar ölkədəki “mövcud epidemioloji vəziyyətə əsasən” qəbul
edilib.