Futbol üzrə Çempionlar Liqası çərçivəsində İtaliyanın “Atalanta” və İspaniyanın “Vilyarreal” klubları arasında oyun dekabrın 9-na təxirə salınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə “Vilyarreal” klubunun mətbuat xidməti bildirib.
Məlumata əsasən, buna səbəb Berqamo şəhərində güclü qar yağması olub.
Bildirilib ki, oyunun başlama saatı daha sonra müəyyən ediləcək.