Gürcüstan Azərbaycana ən çox ixrac olunan malları açıqlayıb

Xəbər - Maryana Əhmədova – Trend:

Gürcüstanın 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana ixracı 443,3 milyon dollar təşkil edib.

AzerTimes-ın Gürcüstan Milli Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu ilin göstəricisi 2020-ci ilin eyni dövrü (364,5 milyon ABŞ dollar) ilə müqayisədə 21,6 faiz artıb.

2021-ci ilin yanvar-oktyabr aylarında dəyər ifadəsində Gürcüstandan Azərbaycana ən çox ixrac edilən mallar aşağıdakilərdir:

Nəqliyyat avadanlığı – 225,9 milyon dollar;

Sənaye təchizatı – 75,9 milyon dollar;


Qida məhsulları və içkilər – 54,4 milyon dollar;

İstehlak malları – 52,7 milyon dollar;

İstehsal dəyəri olan mallar – 28,6 milyon dollar.

Azərbaycan Gürcüstanla aparıcı ixrac ticarət tərəfdaşları arasında 3-cü yerdədir. Eyni zamanda, Gürcüstanın ixracının ümumi həcmində Azərbaycanın payı 13,1 faiz təşkil edir.