Üçüncü doza fərqli vaksin olduqda insan bədənində hansı effekti yaradır?

Xəbər - Elçin Mehdiyev – Trend:

Koronavirusa qarşı vaksinin üçüncü dozasının fərqli olması insan bədəninə müsbət təsir göstərir.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov AzerTimes-a açıqlamasında bildirib ki, üçüncü doza vaksinin eyni vaksin olması məcburi deyil:

“Üçüncü doz vaksinləmədə eyni vaksindən istifadə olunmalıdı. Bəs başqa vaksindən istifadə oluna bilərmi? Bu suala gəlincə dünya təcrübəsi onu göstərir ki, başqa vaksinlərdən istifadə etmək qarşılıqlı çarpaz reaksiyalarla immunitetin daha da güclənməsinə kömək edən xüsusiyyətə malikdir.

Ona görə də tövsiyə olunur ki, məcburiyyət olmasa da fərqli vaksindən istifadənin gətirə biləcəyi üstünlüklərdən istifadə etmək daha məqbuldur”.

Teqlər: