Ucarda yaşayış binasında yanğın olub

Ucar rayonunda ikimərtəbəli yaşayış binasının (arakəsmə divarları taxta konstruksiyalardan ibarət) 1-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzillin yanar konstruksiyaları 9 m² sahədə və 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin döşəməsi 2 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Hər iki mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın söndürülüb

Teqlər: