Ucarda mikroavtobusla evakuator toqquşub

Ucarda yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AzerTimes-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ucar rayonunun Qarabörk kəndində “Ford” markalı mikroavtobus və “İsuzu” markalı evakuatorun toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan “Ford” markalı mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Teqlər: