Ucarda anbarda yanğın olub

Ucar rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, rayonun Qazyan kəndində
ümumi sahəsi 605 m² olan birmərtəbəli tikilinin (anbar kimi
istifadə olunub, hazırda fəaliyyət göstərmir) dam örtüyünün taxta
atmaları 200 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından
mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: