Uçan taksilər Nyu Yorkda ilk uçuşlarını həyata keçirdi

Uçan taksilər Nyu Yorkda ilk uçuşlarını həyata keçirdi

“Joby Aviation” şirkəti tərəfindən taksi xidməti göstərmək məqsədilə istehsal olunan “S4 eVTOL” uçan aparatı Nyu Yorkda ilk uçuşunu həyata keçirib.

AzerTimes xəbər verir ki, bu barədə “Texkult” məlumat yayıb.

“eVTOL”un istifadəsi ictimai nəqliyyat sahəsində inqilabi dəyişikliklərə səbəb ola bilər. Hava taksisi təkcə tıxacın təsirli şəkildə azaldılmasını vəd etmir, həm də əhalinin çox olduğu və nəqliyyat şəbəkəsinin praktiki olaraq iflic vəziyyətə düşdüyü ərazilərdə minimum xərclə rahat və sürətli uçuşlar təmin edəcək”, – məlumatda qeyd olunub.

Teqlər: