Üç universitetə yeni prorektor təyin olundu

Üç universitetə yeni prorektor təyin olundu

Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetində prorektor vəzifələrinə yeni təyinatlar olub.

AzerTimes xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat verib.

Məlumatda bildirilib ki, nazir Emin Əmrullayevin müvafiq əmrinə əsasən Ətrabə Gül Bakı Mühəndislik Universitetinin beynəlxalq əlaqələr üzrə, Könül Abaslı Sumqayıt Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə və Şahmar Umud oğlu Həsənov Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunublar.

Teqlər: