Üç ölkə lideri razılaşdı: Daha böyük təzyiq…

Üç ölkə lideri razılaşdı: Daha böyük təzyiq…

Budapeştdə Serbiya Prezidenti Aleksandar Vuçiç, Macarıstan Baş naziri Viktor Orban və Avstriya kansleri Karl Nehammer arasında razılaşma olub.

AzerTimes xəbər verir ki, bu barədə Vuçiç özü məlumat verib.

“Ukraynada getdikcə artan münaqişə ərəfəsində mən inanıram ki, biz daha da böyük iqtisadi və enerji təzyiqi altında qalacağıq. Vəziyyət çox çətindir. Biz ilk növbədə Macarıstanla, eyni zamanda Avstriya ilə hər mənada dəstək, qida, qaz, sərhədlərimizi qeyri-qanuni miqrantlardan qorumaq barədə razılığa gəlmişik”, – Vuçiç qeyd edib.

Teqlər: