19 yaşadək futbolçular üzrə Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq.
Hazırlıq sentyabrın 24-dən 30-dək Bakı şəhərində baş tutacaq.
Toplanışdan bir gün öncə futbolçular və məşqçi heyəti COVİD-19 testindən keçəcəklər. Hazırlıq prosesinə 23 futbolçu dəvət olunub. Onlardan 2-si Türkiyədə çıxış edir.