U19 millimiz Bakıda məşq toplanışı keçirəcək

U19 millimiz Bakıda məşq toplanışı keçirəcək

19 yaşadək futbolçular üzrə Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq.

Hazırlıq sentyabrın 24-dən 30-dək Bakı şəhərində baş tutacaq.

Toplanışdan bir gün öncə futbolçular və məşqçi heyəti COVİD-19 testindən keçəcəklər. Hazırlıq prosesinə 23 futbolçu dəvət olunub. Onlardan 2-si Türkiyədə çıxış edir.