Twitterin işində problem yaranıb

Bir sıra ölkələrdə Twitter sosial şəbəkəsinin işində problem yaranıb.

AzerTimes-ın məlumatına görə, ötən gün istifadəçilərdən 4 minə yaxın şikayət daxil olub. Bunlardan ən çoxu ABŞ, Böyük Britaniya, Kanada və Almaniya kimi ölkələrdə qeydə alınıb.

İstifadəçilərin əksəriyyəti mikrobloqun işindəki problemlərdən şikayət edib. Müraciət edənlərin 32%-i mobil tətbiqdəki problemlərdən, 11%-i isə şəxsi hesaba girişdə yaranmış çətinliklərdən şikayətçi olub.